BMT-dən Qazaxıstanla bağlı - Çağırış

bmt-den-qazaxistanla-bagli
Oxunma sayı: 1663

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qazaxıstanda zorakılıqdan çəkinməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə təşkilatın Baş katibi ofisi məlumat yayıb.

Bildirilib ki, BMT-nin xüsusi nümayəndəsi Qazaxıstanın xarici işlər nazirinin müavini ilə telefon danışığı keçirib.

Məlumatda qeyd edilib ki, BMT Qazaxıstan hakimiyyəti ilə bir sıra təmaslar aparıb, vəziyyəti yaxından izləməkdə davam edir.