BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyalar paketini təsdiq edib.
“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sanksiyalara Şimali Koreyanın 16 vətəndaşı və 12 şirkət daxil edilib.
ABŞ-ın Rusiyadakı səfiri Con Tefft daha öncə BMT-nin Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyalarının görünməmiş hadisə olduğunu bildirib.
Xatırladaq ki, Şimali Koreyaya qarşı sanksiyalar Pxenyanda yanvarda nüvə sınağının keçirilməsi və fevralda raket buraxılması ilə əlaqədardır.
Son xəbərlər
Son Xəbərlər