BMT-dən Suriya ordusuna qarşı ittiham

bmt-den-suriya-ordusuna-qarsi-ittiham
Oxunma sayı: 680

BMT-nin Suriyada insan haqqlarının pozulmasını araşdıran müstəqil komissiyası ölkənin hərbi-Hava Qüvvələrini 2016-cı il sentyabrın 19-da Hələb şəhərində humanitar karvana hücumda təqsirləndirib.

Qafqazinfo”nun “Reuters”ə istinadən xəbərinə görə, müstəntiqlər qeyd edir ki, suriyalı hərbçilər diqqətlə hazırladıqları plana əsasən, Hələbdən qərbdə yerləşən Urum Əl-Kubra rayonunda BMT-nin humanitar karvanına qarşı amansızlıqla hava hücumu həyata keçiriblər ki, nəticədə humanitar missiyanın 14 əməkdaşı ölüb.

Hücumdan sonra sağ qalanlar bildiriblər ki, əməliyyat 3 mərhələdə həyata keçirilib. Onların sözlərinə görə, təyyarələr öncə anbarlar və yaşayış binasının yaxınlığına bomba atıblar. Daha sonra təyyarələr yenə zərbə təşkil ediblər. Bundan sonra aviasiya yerdə olanları pulemyotla vurub.

BMT-nin komissiyasının sənədində bu hadisə hərbi cinayət kimi dəyərləndirilib.