BMT Əfqanıstana humanitar yardım göndərdi

bmt-efqanistana-humanitar-yardim-gonderdi
Oxunma sayı: 796

BMT Əfqanıstana humanitar yardım göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Orta Asiya Nümayəndəliyi açıqlama yayıb.

Bildirilib ki, humanitar yardımı daşıyan təyyarə Özbəkistanın Əfqanıstanla sərhədindəki Tirmiz hava limanına enib.

32 tonluq humanitar yardım əsas ehtiyac məhsullarından təşkil olunub.

Qeyd edilib ki, yardım Tirmiz aeroportundakı logistika mərkəzində yük maşınlarına yüklənərək, Termez-Hayratan sərhəd-keçid məntəqəsindən Əfqanıstanın Məzari-Şərif şəhərinə çatdırılacaq.