BMT İdlibin 18 mülki məntəqəsinin vurulması xəbərinə reaksiya verdi

bmt-idlibin-18-mulki-menteqesinin-vurulmasi-xeberine-reaksiya-verdi
Oxunma sayı: 2537

Birləşmiş Millətlər Təşkilatı Rusiya Aerokosmik Qüvvələrinin İdlib bölgəsində yaşayış məntəqələrinə təsadüfi zərbələr endirdiyini açıqlayıb.  

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumat BMT-nin Suriya üzrə Araşdırma Komissiyasının hesabatında yer alıb. Hesabatda Suriya Demokratik Qüvvələrinin nəzarətində olan ərazilərdə suriyalıların, o cümlədən uşaqların vətəndaş hüquqlarının pozulduğu qeyd edilir.

Xatırladaq ki, fevralın 24-ü İdlib bölgəsindəki 18 mülki məntəqəyə zərbələr endirilib. Ancaq bu zərbələrin Rusiya Aerokosmik Qüvvələri tərəfindən atılması haqda məlumat rəsmi təsdiqini tapmayıb.

Orxan Məmməd