BMT İrana qarşı embarqonu aradan qaldırdı

BMT İrana qarşı embarqonu aradan qaldırdı
Oxunma sayı: 3138

İran İslam Respublikası, BMT tərəfindən 2007-ci ildən silah-sursatın idxal və ixracına qarşı qoyulan embarqonun sona çatdığını və bu gündən etibarən hər cür silah alıb- satacağını açıqlayıb. 

“Qafqazinfo”  xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.

İran Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Almaniya arasında imzalanan nüvə razılaşmasına uyğun olaraq 13 ildir tətbiq olunan beynəlxalq silah embarqosu və 2015-ci ildə bəzi İran rəsmilərinə qarşı tətbiq olunan beynəlxalq səyahət qadağası aradan qaldırılıb.

“İran yalnız öz müdafiə ehtiyaclarına uyğun olaraq lazımi silah və avadanlıqlarla təmin olunacaq və bunu öz siyasətinə əsasən heç bir məhdudiyyət qoyulmadan həyata keçirəcək”- deyə açıqlamada qeyd olunur.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi