“BMT keçmiş dövrün məhsuludur” - Filippin Prezidenti

bmt-kecmis-dovrun-mehsuludur
Oxunma sayı: 1015

Filippin Prezidenti Rodriqo Duterte BMT-ni keçmiş dövrün məhsulu adlandırıb.

“Qafqazinfo” xəbər verir ki, Filippin Prezidenti bunu BMT Assambleyasının 76-cı sessiyasına ünvanladığı videomüraciətində deyib.

“Qlobal effektiv idarəetmə tələb edən çoxsaylı böhranlarla üzləşirik. Bununla belə, BMT də daxil olmaqla qurumlarımız qeyri-adekvat nəticə nümayiş etdirdilər. BMT keçmiş dövrün məhsuludur və artıq bu günün siyasi və iqtisadi reallıqlarını əks etdirmir”, - deyə Duterte vurğulayıb.

Onun sözlərinə görə, BMT-nin islahatlar yolu ilə öz imkanlarını genişləndirməsi mütləqdir. O, həmçinin qeyd edib ki, əgər BMT dünyanı çoxsaylı böhranlardan qurtarmaq istəyirsə, hər şey dəyişməlidir.