BMT Mariupolda hərbi əməliyyatları dayandırmağa çağırdı

bmt-mariupolda-herbi-emeliyyatlari-dayandirmaga-cagirdi
Oxunma sayı: 1902

BMT dinc sakinlərin təxliyəsi üçün Mariupolda hərbi əməliyyatları təcili dayandırmağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda BMT-nin Ukrayna üzrə böhran koordinatoru Amin Avad açıqlama verib.

“Mariupolda təhlükə altında 100 minə yaxın insan var. Nə qədər gözləsək, bir o qədər çox insanın həyatı risk altında olacaq. Onların təhlükəsiz şəkildə təxliyə edilməsinə icazə verilməlidir. Sabah çox gec ola bilər",- deyə Avad bildirib.