BMT missiyasına məxsus kortej Malidə minaya düşüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb. Partlayış nəticəsində iki sülhməramlı ölüb, bir neçəsi yaralanıb.
Hadisə bu gün səhər Malinin Duença şəhəri yaxınlığında baş verib.
Qeyd edək ki, MINUSMA missiyası 2013-cü ildə Malidə təhlükəsizlik sahəsində xüsusi tapşırıqların yerinə yetirilməsi məqsədi ilə yaradılıb. 2018-ci ilin oktyabrına qədər missiyanın sülhməramlılarının sayı 15 min nəfəri keçib.
Son xəbərlər
Son Xəbərlər