BMT Myanmadakı məktəbə hücumu qınadı - “Bu, müharibə cinayətidir”

bmt-myanmadaki-mektebe-hucumu-qinadi
Oxunma sayı: 1489

BMT Myanmada hərbçilərin məktəbdə üsyançıların gizləndiyini deyərək atəşə tutması nəticəsində baş verən uşaq ölümünə qiymət verib.

“Qafqazinfo” “The New York Times”a istinadən xəbər verir ki, BMT-nin insan haqları üzrə xüsusi məruzəçisi Tom Endryus hadisəni cinayət adlandırıb.

"Bu, müharibə cinayətidir", - deyə BMT rəsmisi bildirib.

 Qeyd edək ki, Myanmada iki helikopterin 1 saat ərzində məktəbi atəşə tutması nəticəsində 11 uşaq vəfat edib, 17-si isə yaralanıb.