BMT-nin 77-ci sessiyasının sədri məlum oldu

bmt-nin-77-ci-sessiyasinin-sedri-melum-oldu
Oxunma sayı: 983

BMT Baş Assambleyasının 77-ci sessiyasının yeni sədri macar diplomat Çaba Kyoryoşi seçilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, o, 77-ci sessiya çərçivəsində Ukraynada baş verənləri və nizamlanma perspektivlərini yaxından izləyəcəyini deyib.  

Kyoryoşi qeyd edib ki, “BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində vəziyyətin inkişafını çox yaxından izləyəcək” və münaqişədən sonra “sülh, barışıq və yenidənqurma”ya nail olmaq üçün “səbirsizliklə gözləyir”.

Kyoryoşi əvvəllər BMT Baş Assambleyasının sessiyasının sədr müavini (2011-2012) vəzifəsində çalışıb, dünya təşkilatında səfir olub, Liviyada, Birləşmiş Ərəb Əmirliklərində diplomatik nümayəndəliklərdə çalışıb. O, israil, yunan. rus, ingilis, ərəb və fransız dillərini bilir.