BMT-nin avtomobili partladılıb - 3 ölü, 2 yaralı

bmt-nin-avtomobili-partladilib
Oxunma sayı: 677

Malidə BMT-nin sülhməramlı qüvvələrinin avtomobili partladılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Məlumata əsasən, insident Tesalit və Aqelhok yaşayış məntəqələri arasında yerləşən avtomobil yolunda qeydə alınıb. Hadisə nəticəsində 3 sülhməramlı həlak olub, 2-si isə yaralanıb. Yaralılar Kidal şəhərindəki xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, ötən həftə Mali Nazirlər Şurası ölkədə fövqəladə vəziyyət rejimini daha 1 il müddətinə uzadıblar.