BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

bmt-nin-bas-katibi-azerbaycan-ve-ermenistana-cagiris-etdi
Oxunma sayı: 2828

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterriş Azərbaycan və Ermənistan tərəfini dərhal atəşi dayandırmağa çağırıb. 

“Qafqazinfo” RBK-ya istinadən xəbər verir ki, bu haqda qurumun rəsmi nümayəndəsi Stefan Dyujarrik məlumat yayıb. 

Quterriş insan ölümünə səbəb olan vəziyyətdən narahatlığını ifadə edib. 

Baş katib eyni zamanda, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu vəziyyətin həllində göstərdiyi səyləri dəstəklədiyini əlavə edib.