BMT-nin Baş katibi özünütəcrid rejiminə keçdi

BMT-nin Baş katibi özünütəcrid rejiminə keçdi
Oxunma sayı: 751

BMT-nin Baş katibi Antonio Quterreş koronavirusa yoluxmuş şəxslə təmasda olduğundan özünütəcrid rejiminə keçib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Quterreş dekabrın 9-na qədər öz vəzifələrini evdən icra edəcək. Onun həmin gün növbəti dəfə koronavirus testi verəcəyi gözlənilir.

Baş katibin rəsmi nümayəndəsinin müavini Fərhan Xak Quterreşdə koronavirusun heç bir əlamətinin olmadığını bildirib. Onun sözlərinə görə, Baş katibin ilk testi mənfi nəticə verib.

Qeyd edək ki, 72 yaşlı portuqaliyalı Antonio Quterreş 2017-ci ilin yanvarın 1-dən BMT-nin Baş katibi vəzifəsini icra edir.