Malidə BMT sülhməramlılarının düşərgəsi minaatanlardan atəşə tutulub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident Aqelok şəhərinin Kidal rayonunda qeydə alınıb.
Məlumata əsasən, hücum nəticəsində BMT-nin 2 sülhməramlısı ölüb, daha 10-u isə xəsarət alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.
Qeyd edək ki, hazırda Malidə BMT-nin 12 min hərbçisi var.
Son xəbərlər
Son Xəbərlər