BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı yaxınlaşan qar çovğunu səbəbindən bir günlük bağlanacaq.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ-ın şimal-şərq ərazisində martın 14-də qeyri-sabit hava şəraiti hökm sürəcək.
Sinotiklər qarlı və şaxtalı havanın gün ərzində davam edəcəyini, 30-45 sm-dək qarın yağacağını proqnozlaşdırır.
Artıq pis hava şəraiti səbəbindən 1500-dən çox uçuş ləğv edilib.
Son xəbərlər
Son Xəbərlər