BMT-nin qərargahındakı silahlı şəxs saxlanıldı - Yenilənib

bmt-nin-qerargahindaki-silahli-sexs-saxlanildi
Oxunma sayı: 1602

Nyu-York polisi BMT qərargahını mühasirəyə alıb.

“Qafqazinfo” TASS-a isitnadən xəbər verir ki, buna səbəb mənzil-qərargahda silahlı şəxsin olmasıdır. 

Binanın qarşısında bir neçə patrul maşını, xüsusi texnika və polis əməkdaşlarının olduğu mikroavtobus var. BMT Təhlükəsizlik Departamentinin nümayəndələri də yerində işləyir. Binanın giriş və çıxışı bağlıdır.

Birinci prospektə xüsusi təyinatlı polis əməkdaşları gəlib.

***

Polis BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahındakı silahlı şəxsi saxlayıb. Xəsarət alanların olmadığı bildirilir.