BMT-nin rezident əlaqələndiricisi Lənkəranda

bmt-nin-rezident-elaqelendiricisi-lenkeranda
Oxunma sayı: 701

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai Lənkəranda olub.

Lənkəran İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tanışlıq məqsədi ilə baş tutan səfər zamanı BMT nümayəndəsi Lənkəran ŞİH başçısı Taleh Qaraşovla görüşüb. Görüşdə qonağa Lənkəran rayonunun sosial-iqtisadi və mədəni həyatı barədə ətraflı məlumat verilib və BMT ilə Azərbaycanın əməkdaşlıq münasibətləri, xüsusilə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni proqramların hazırlanması sahəsində əməkdaşlığın gələcək prespektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda BMT nümayəndəsi Lənkəran şəhərinin görməli yerləri ilə tanış olmuş, tarix-diaşunaslıq müzeyinə baş çəkib, “Yaşıl çay” fermer təsərrüfatında çay plantasiyalarında və Girdəni kəndi ərazisində çəltik əkini işləri  ilə maraqlanıb.