BMT-nin sülhməramlılarına qarşı - Zorakılıq ittihamları

bmt-nin-sulhmeramlilarina-qarsi-
Oxunma sayı: 987

Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlıları seksual zəminli cinayətlərdə şübhəli bilinirlər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 2013-2015-ci illər ərzində Mərkəzi Afrika Respublikasında xidmət edən Fransa, Qabon və Burundi sülhməramlıları Kemo bölgəsində zorakılıq törətməkdə şübhəli bilinirlər. Bu məsələ ilə bağlı məlumat yayan BMT-nin baş katibi Pan Gi Mun iddialar qarşısında şok olduğunu deyib. BMT-nin İnsan Hüquqları Üzrə Ali Komissarı Zeyd Raad Əl Hüseyn isə iddiaları "iyrənc və diksindirici" adlandırıb.

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cujarik “ Beynəlxalq birliyin müdaxiləsi dəhşətli taledən xilas olmaq üçün Mərkəzi Afrika Respublikasına kömək etdi. Amma biz bu faktı etiraf etməliyik ki, hərbi dəstə insanlara kömək əvəzinə, bir çox vəhşiliklər törədiblər. Belə cinayətlərə göz yumduqca hadisələr çoxalır. Elə buna görə də, BMT böyük həyəcan doğuran itthamları işıq üzünə çıxarmağı qərara alıb” ,- deyib.

Qeyd edək ki, bu ilin əvvəlindən zorakılıq və bənzər hallarla bağlı BMT-yə 31 şikayət daxil olub. Baş verən hadisələrdən 25-i Mərkəzi Afrika Respublikasında qeydə alınıb.