BMT-nin təyyarəsi məcburi eniş etdi

bmt-nin-teyyaresi-mecburi-enis-etdi
Oxunma sayı: 1087

Birləşmiş Millətlər Təşkilatının Humanitar Yardım Hava Xidmətinə məxsus təyyarə Efiopiyanın şərqində məcburi eniş edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BMT Humanitar Yardım Hava Xidməti məlumat yayıb.

Bildirilib ki, sərnişin daşıyan təyyarə günorta saatlarında təcili eniş etmək məcburiyyətində qalıb.

Qeyd olunub ki, təyyarədə iki sərnişin və iki ekipaj üzvü olub. Onlar ciddi xəsarət almayıblar, ancaq müayinə üçün Dire Dava Xəstəxanasına aparılıblar.

Sərnişinlər Sərhədsiz Həkimlər Yardım Təşkilatının əməkdaşları olublar. Təyyarənin məcburi enişinin səbəbi araşdırılır.