BMT-nin üç sülhməramlısı öldürülüb

bmt-nin-uc-sulhmeramlisi-oldurulub
Oxunma sayı: 735

Malidə baş verən hücumda BMT-nin üç sülhməramlısı ölüb, səkkizi yaralanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. MİNUSMA-nın könüllülərinin olduğu düşərgə raket-minomyot hücumuna məruz qalıb. 

Qeyd edək ki, MİNUSMA sülhməramlıları BMT TŞ-nın qərarı ilə Malidədirlər. Missiyanın üzvlərinin sayı 11,2 min hərbçidən və 1,44 min polisdən ibarətdir.