“BMT Rusiya ilə ABŞ arasında dialoqu alqışlayır”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə Cenevrədə yekunlaşan təhlükəsizlik zəmanətləri üzrə Rusiya-Amerika danışıqlarını şərh edərkən deyib.
“Görüş başa çatıb. Biz orada nə qərar verildiyini öyrənirik. Biz həmişə yüksək səviyyəli dialoqu, xüsusilə də Təhlükəsizlik Şurasının iki daimi üzvü arasında dialoqu alqışlayırıq”, - Düjarrik bildirib.
Son xəbərlər
Son Xəbərlər