BMT Rusiya və Ukrayna arasındakı atəşkəsi müsbət qiymətləndirdi

bmt-rusiya-ve-ukrayna-arasindaki-ateskesi-musbet-qiymetlendirdi
Oxunma sayı: 1279

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Rusiya və Ukrayna arasındakı atəşkəsi müsbət qiymətləndirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Baş katibin sözçüsü Stefan Dujarrik bildirib.

"Tərəflərin bu dövrdə hörmət göstərməsi və düşmənçiliyi dayandırması ehtimalı baş katib tərəfindən müsbət qarşılanır", - deyə Dujarrik vurğulayıb.

Qeyd edək ki, atəşkəs rejimi 6 yanvar saat 12:00-dan 7 yanvar 00:00-dək davam edəcək.