“BMT Rusiyanın Qarabağdakı minatəmizləmə işlərinə qatılmaq təklifinə cavab verməyib”

bmt-rusiyanin-qarabagdaki-minatemizleme-islerine-qatilmaq-teklifine-cavab-vermeyib
Oxunma sayı: 2196

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Qarabağın minalardan təmizlənməsində iştirak etmək təklifinə cavab verməyib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Zvezda” telekanalının filmində bildirib.

“Noyabrda bütün bunlar baş verən kimi biz BMT-nin minaəleyhinə mərkəzinə dedik ki, gəlin. Orada eninə və uzununa hər yer minalanıb. Axı oraya insanlar qayıda bilmir. Kimsə gəldi? Hələ ki, yox”, - Şoyqu deyib.