BMT Rusiyanın təşəbbüsü ilə razılaşmadı

bmt-rusiyanin-tesebbusu-ile-razilasmadi
Oxunma sayı: 897

Böyük Britaniya, ABŞ, Fransa və Ukrayna Rusiyanın Suriyanın “Ceyş əl-İslam” və “Əhrar əl-Şam” qruplaşmalarını qara siyahıya salmasına BMT-də etiraz edərək bu təşəbbüsü qəbul etməyiblər.

Qafqazinfo”nun məlumatına görə, bu barədə “Reuters” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Rusiya bu təklifi ötən ayın sonlarında BMT-yə təqdim edib. Amerikalı diplomatların fikrincə, bu, Suriyada atəşkəs rejiminın pozulmasına gətirib çıxara bilər. 

Xatırladaq ki, fevralın 27-dən Suriyada atəşkəs rejimi hökm sürür.