BMT Təhlükəsizlik Şurası Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qətnamə qəbul edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən qətnamə Şimali Koreyadan dəmir və dəmir filizi, qurğuşun, kömür və dəniz məhsullarının idxalına qadağa qoyulmasını nəzərdə tutur.
Bundan əlavə ölkənin Xarici Ticarət Bankının hesablarının dondurulması, gəmilərinin bütün ölkələrin limanlarına girişinə, birgə müəssisələrin yaradılmasına qadağa qoyulması nəzərdə tutulur.
Hesablamalara əsasən qadağalar rəsmi Pxenyanın illik xarici valyuta gəlirlərini hazırkı 3 mlrd. dollardan 1 mlrd. dollaradək azaldılmasına imkan yaradacaq.
Son xəbərlər
Son Xəbərlər