BMT Təhlükəsizlik Şurası ABŞ-nin Qəzza ilə bağlı planını qəbul etdi

bmt-tehlukesizlik-surasi-abs-nin-qezza-ile-bagli-planini-qebul-etdi
Oxunma sayı: 1814

BMT Təhlükəsizlik Şurası ABŞ-nin İsrail və HƏMAS hərəkatı arasında atəşkəsə dair qətnamə layihəsinin lehinə səs verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü bu sənədin lehinə səs verib.

Qətnamənin birinci mərhələsi dərhal atəşkəs, İsrail Müdafiə Qüvvələrinin qoşunlarının Qəzza zolağında məskunlaşan ərazilərdən çıxarılmasını və HƏMAS hərəkatının saxladığı girovların azad edilməsini nəzərdə tutur.