BMT Təhlükəsizlik Şurası təcili iclasa toplaşır

bmt-tehlukesizlik-surasi-tecili-iclasa-toplasir
Oxunma sayı: 2450

Bu gün BMT Təhlükəsizlik Şurası Myanmadakı vəziyyətlə bağlı təcili iclasa toplaşacaq. Bu barədə “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir.

İclasın qapalı olacağı və videokonfrans formatında keçiriləcəyi gözlənilir.

Daha əvvəl bir sıra dünya liderləri, o cümlədən Böyük Britaniyanın Baş naziri Boris Conson və Avropa diplomatiyasının rəhbəri Jozep Borrel Myanmadakı vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.

Xəbər verildiyi kimi, Myanmanın Dövlət müşaviri Aun San Su Çji, Prezident Vin Myin və digər yüksək vəzifəli məmurlar hərbçilər tərəfindən saxlanılıb.

Myanma hərbi televiziyası ölkədə bir il müddətinə fövqəladə vəziyyətin elan edildiyini bildirib.

Həmçinin məlum olub ki, dövlət çevrilişi nəticəsində ölkədə bütün dövlət hakimiyyəti Myanma Silahlı Qüvvələrinin Baş Komandanı Min Aunq Xlaynın əlinə keçib və vitse-prezident Myint Şve Prezident səlahiyyətlərini icra etməyə başlayıb.