BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclası bu tarixdə keçirəcək

bmt-tehlukesizlik-surasi-ukrayna-ile-bagli-iclasi-bu-tarixde-kecirecek
Oxunma sayı: 1716

BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) Ukraynanın Buça şəhərindəki hadisələrlə bağlı iclası aprelin 5-i saat 10:00-a təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS BMT Təhlükəsizlik Şurasının iş proqramına istinadən xəbər yayıb. 

Bundan əvvəl Rusiya aprelin 4-ü saat 15:00-da (Moskva vaxtı ilə 22:00) Buçada vəziyyətlə bağlı ayrıca görüşün keçirilməsini istəmişdi. Ukraynanın xahişi ilə görüş aprelin 5-nə təyin edilib.