BMT təyyarə qəzası ilə bağlı toplanır

bmt-teyyare-qezasi-ile-bagli-toplanir
Oxunma sayı: 947


Avstraliyanın təqdim etdiyi layihəni yetərli saymayan Rusiya öz layihəsini təqdim edib. “Media forum” saytının məlumatına görə, Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin bəyan edib ki, Moskva təyyarə faciəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının bayrağı altında araşdırılmasını istəyir.

Amsterdam-Kuala-Lumpur reysi ilə uçan “Boinq-777” sərnişin təyyarəsi iyulun 17-də separatçıların əlində olan Donetsk vilayətində yerə düşüb. “Malaysia Airlines” şirkətinə məxsus təyyarədə Niderlandın 192, Malayziyanın 44, Avstraliyanın 27, İndoneziyanın 12, Böyük Britaniyanın 10, Almaniyanın 4, Belçikanın 4, Filippinin 3, Kanadanın 1, Yeni Zelandiyanın 1 vətəndaşı həlak olub.  

10 min metr yüksəklikdə uçan təyyarənin raketlə vurulduğu ehtimalı böyükdür. Həm Ukraynada, həm də bəzi Qərb dairələrində Rusiyanı və bu ölkəyə bağlı Ukrayna separatçılarını terror aktı törətməkdə ittiham edirlər.