Bazar günü qəzaya uğrayan “Ethiopian Airlines” laynerində 22 nəfər BMT əməkdaşı olub.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat ofisindən bildirilib. Daha əvvəl təyyarədə BMT-nin 19 əməkdaşının olduğu deyilirdi.
Xatırladaq ki, Debre-Zeyt şəhərində düşən “Boeing 737”də 35 ölkənin 157 vətəndaşı olub. Onların hamısı ölüb.
Son xəbərlər
Son Xəbərlər