BMT TŞ-nin 5 yeni qeyri-daimi üzvü seçildi

BMT TŞ-nin 5 yeni qeyri-daimi üzvü seçildi
Oxunma sayı: 1840

BMT Təhlükəsizlik Şurasının 2022-2023-cü illər üçün 5 yeni qeyri-daimi üzvü seçilib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onlar Braziliya, BƏƏ, Albaniya, Qana və Qabondur.  

Qərar BMT TŞ-nin cümə günü keçirilən seçkilərinin yekunlarına dair qəbul edilib.

Qeyd olunan ölkələr 2020-ci ilin yanvarından TŞ-nin qeyri-daimi üzvü olan Vyetnam, Niger, Sent-Vinsent və Qrenadin, Tunis və Estoniyanı əvəz edəcək.

Ümumilikdə, BMT Təhlükəsizlik Şurasına beş daimi və on qeyri-daimi üzv daxildir.

Seçkilər hər il keçirilir, onların nəticələrinə görə, TŞ-nin qeyri-daimi üzvlərinin yarısı əvəz olunur.