BMT TŞ-nin Qarabağdakı vəziyyətlə bağlı iclasının vaxtı açıqlandı

bmt-ts-nin-qarabagdaki-veziyyetle-bagli-iclasinin-vaxti-aciqlandi
Oxunma sayı: 5026

BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası sentyabrın 21-nə təyin edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a dünya təşkilatındakı mənbə məlumat verib.

"Görüş cümə axşamı baş tutmalıdır", deyə agentlik bildirib. 

Görüşün Nyu-York vaxtı ilə günün ikinci yarısında baş tutacağı gözlənilir.

Bu günlərdə BMT-də Baş Assambleyasının yüksək səviyyəli həftəsi keçirilir, ona görə də bir neçə nümayəndə heyətinin rəhbəri iclasda iştirak edə bilər.