BMT TŞ-nin yeni müvəqqəti üzvləri açıqlandı

bmt-ts-nin-yeni-muveqqeti-uzvleri-aciqlandi
Oxunma sayı: 1509

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) beş yeni qeyri-daimi üzvü müəyyənləşib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunlar Ekvador, Yaponiya, Malta, Mozambik və İsveçrədir.

Adıçəkilən ölkələr 2023-2024-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri kimi fəaliyyət göstərəcək.

Ümumilikdə 15 dövlətin üzv olduğu BMT TŞ-nin 5 daimi üzvü ABŞ, Çin, Rusiya, İngiltərə və Fransadır. Qalan 10 üzv ölkə BMT-nin 5 coğrafi qrupu arasından 2 il müddətinə seçilir.

Müvəqqəti üzvlərdən 5-i hər il yenilənir.

Hazırda Şuraya üzv olan İrlandiya, Norveç, Hindistan, Keniya və Meksikanın səlahiyyət müddəti bu ilin sonunda başa çatacaq.

BMT TŞ-yə üzv seçilmək üçün ümumi səslərin üçdə ikisini toplamaq lazımdır.