BMT TŞ Ukrayna üçün toplandı

bmt-ts-ukrayna-ucun-toplandi
Oxunma sayı: 1224

BMT Təhlükəsizlik Şurası Ukrayna ətrafında vəziyyətlə bağlı iclas keçirəcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, görüş daha əvvəl ABŞ tərəfindən tələb edilmişdi.

Prosessual səsvermə zamanı BMT Təhlükəsizlik Şurası iclasın keçirilməsinin lehinə çıxış edib.

Beləliklə, 10 ölkə lehinə, Rusiya və Çin əleyhinə səs verib, üç ölkə bitərəf qalıb. İclasın keçirilməsi üçün doqquz dəstək səsi lazım idi.

Şuranın sədri, Norveçin daimi nümayəndəsi Mona Juulun verdiyi məlumata görə, iclasda Ukrayna, Belarus, Litva və Polşa nümayəndələri iştirak edəcək.