Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid Rusiyanın Ukrayna ərazisinə hücumu ilə başlayan müharibə tərəflərini dərhal atəşkəsə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, o, bu barədə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Ukrayna ilə bağlı fövqəladə xüsusi sessiyanın açılışında çıxış edərkən deyib.
"Mən bu gün bütün tərəflərin diplomatiya və dialoqa tam qayıtması üçün təcili atəşkəs çağırışımı təkrar edirəm", - A.Şahid bildirib.
O qeyd edib ki, Rusiyanın hərbi hücumu Ukraynanın ərazi bütövlüyü və suverenliyini pozur, BMT prinsipləri ilə bir araya sığmır:
"Müharibədə qalib yoxdur, amma saysız-hesabsız canlar qırılacaq. Ona görə də humanitar yardım səylərinin təhlükəsizliyi və çıxışı təmin edilməlidir".
Son xəbərlər
Son Xəbərlər