BMT Ukraynada həlak olan dinc sakinlərin sayını açıqladı

bmt-ukraynada-helak-olan-dinc-sakinlerin-sayini-aciqladi
Oxunma sayı: 5380

Rusiyanın hücumundan sonra Ukraynanın dinc əhalisi arasında qurbanların sayı hər gün artır.

“Qafqazinfo” xəbər verir ki, BMT-nin yaydığı növbəti hesabata əsasən, indiyədək azı 331 mülki şəxs həlak olub, daha 675 nəfər yaralanıb. Əlavə edilib ki, real qurbanların sayı daha çox ola bilər.

Ölən 331 nəfərdən 19-u uşaqdır. Agentliyin məlumatına görə, qurbanların əksəriyyəti ağır artilleriya atəşi, çoxsaylı raket sistemlərinin buraxılması, raket və hava zərbələri nəticəsində ölüb.

Qeyd edək ki, Ukrayna tərəfi 2 mindən çox dinc sakinin həlak olduğunu açıqlayıb.