BMT Ukraynada ölən dinc sakinlərin sayını açıqladı

bmt-ukraynada-olen-dinc-sakinlerin-sayini-aciqladi
Oxunma sayı: 3753

Fevralın 24-dən Ukraynada davam edən hərbi əməliyyatlar zamanı azı 136 nəfər həyatını itirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Elizabet Trossel bildirib.

Onun sözlərinə görə, onlardan 13-ü uşaqdır. Trossel, həmçinin qeyd edib ki, 400 nəfər, o cümlədən 26 uşaq xəsarət alıb.

Trossel ölən və yaralananların real sayının daha çox olduğunu istisna etməyib.