MTN daha bir metro qarşısında antiterror əməliyyatı keçirdi

mtn-daha-bir-metro-qarsisinda-antiterror-emeliyyati-kecirdi
Oxunma sayı: 668

Milli Təhlükəsizlik Nazirliyinin radikal dini qruplaşmalara qarşı əməliyyatları davam edir. Mayın 15-də metronun “Neftçilər” stansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsində əməliyyat keçirməsi barədə məlumat vermişdik.

Əməliyyatlar bu gün də davam etdirilib. Bu gecə isə “Qara Qarayev” metrostansiyasının yaxınlığında, “Praqa” restoranın qarşısında silahlı qruplaşmaya qarşı növbəti əməliyyat həyata keçirilib. Xüsusi-xidmət orqanı əməkdaşları radikal dini qruplaşmanın 2 üzvünü məhv edib, bir neçə nəfəri isə yaralanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, MTN bu gecə eyni vaxtda metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında da uğurlu əməliyyat keçirib. Dini qruplaşmanın bir neçə üzvü zərərsizləşdirilib.

Yaxın saatlarda MTN-in rəsmi məlumat yayacağı gözlənilir.