MTN-dən Elmar Hüseynov açıqlaması

mtn-den-elmar-huseynov-aciqlamasi
Oxunma sayı: 694

MTN-dən Şuraya daxil olan məktubda bildirilir ki, cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri fasiləsiz surətdə davam etdirilir. Cinayət işi MTN İstintaq İdarəsinin icraatına verildiyi vaxtdan ötən müddət ərzində 1000-ə qədər müxtəlif istintaq və prosessual hərəkətlər həyata keçirilib. Qətlin törədilməsində iştirakları sübuta yetirilmiş şəxslər barədə həbs qətimkan tədbiri seçilməklə İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib: “Bu cinayət hadisəsi ilə bağlı bütün məlumat və detalların araşdırılması, E.Hüseynovun qatillərinin tam dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələrinin, həmin cinayətin iştirakçılarının ədalət mühakiməsi qarşısında cavab vermələrinin təmin edilməsi prinsipial məsələdir. Başlıcası odur ki, cinayətin əsas iştirakçıları məlumdur, gec-tez onlar tutulub istintaqa təhvil veriləcək və ədalət mühakiməsi qarşısında dayanacaqlar. Bu istiqamətdə istintaq-əməliyyat tədbirləri bir an səngimədən davam etdirilir”.