MTN-in polkovnik-leytenantı bıçaqlandı

mtn-in-polkovnik-leytenanti-bicaqlandi
Oxunma sayı: 666

Yasamal Rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən xəbərə görə, hadisə ötən gecə qeydə alınıb. Yasamal rayon sakini, Sərxan Xıdır oğlu Səfərov qonşusu, Əhmədağa İsmixanov tərəfindən bıçaqlanıb. S. Səfərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törədən Ə. İsmixanov saxlanılıb.

İlkin məlumata görə, hadisəyə qonşular arasında baş verən mübahisə səbəb olub.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı bıçaqlanan S. Səfərov MTN-in polkovnik-leytenantıdır.