Bakı Mühəndislik Universitetində (BMU) 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra 20 Yanvar faciəsi ilə bağlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev 20 Yanvarın xalqımızın qəhrəmanlıq səhifəsi və azadlıq uğrunda mübarizəsinin, yenilməz iradəsinin rəmzi, şərəf günü olduğunu vurğulayıb.
20 Yanvar faciəsini şərtləndirən əsas amillərə, tarixi faktlara toxunan rektor o vaxtkı SSRİ rəhbərliyinin bu qanlı cinayətin bilavasitə təşkilatçısı və iştirakçısı olmasına, ona görə də bu vəhşiliyi gizlətmək üçün bütün rıçaqların işə salınmasına diqqət çəkib. Bildirib ki, bu çirkin planı hər zaman xalqın yanında olan ulu öndər Heydər Əliyevin atdığı cəsarətli addım pozub. Məqsədli şəkildə bütün vəzifələrdən uzaqlaşdırılmasına və ciddi nəzarətdə saxlanılmasına rəğmən 20 Yanvar faciəsindən bir gün sonra Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, qanlı aksiyanı törədən cinayətkarları dünya ictimaiyyəti qarşısında ifşa edib.
Artıq 4 ildir 20 Yanvar faciəsini fərqli əhval-ruhiyyədə, qalib xalq kimi qeyd etdiyimizi önə şəkən rektor Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etdiyini, suverenliyimizin tam bərpa olunduğunu vurğulayıb.





Son xəbərlər
Son Xəbərlər