BMU-da “31 mart Soyqırımı” tədbiri keçirilib

bmu-da-31-mart-soyqirimi-tedbiri-kecirilib
Oxunma sayı: 1241

Bakı Mühəndislik Universitetində  “31 mart Soyqırımı” ilə əlaqədar tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Universitet rəbərliyi və tələbə -müəllim heyəti ilə yanaşı Millət Vəkili Fəzail İbrahimli də iştirak edib. Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, himnimiz səsləndirilib və soyqırımıla əlaqəli sənədli film izlənilib.

Universitetin rektoru professor Havar Məmmədov xalqımızın tarixən yaşadığı faciələrdən danışıb.

Millət vəkili Fəzail İbrahimli Ermənilər tərəfindən xalqımızın başına gətirilən soyqırımların tarixini faktlarla diqqətə çatdırıb.