BMU-da Aprel döyüşlərinin üçüncü ildönümü qeyd olunub - Fotolar

bmu-da-aprel-doyuslerinin-ucuncu-ildonumu-qeyd-olunub
Oxunma sayı: 948

Bakı Mühəndislik Universitetində “Vətənpərvərlik” klubunun təşkilatçılığı ilə Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunmuş “Vətən övladının alın yazısı” adlı tədbir keçirilib.

Universitetdən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə yanaşı Aprel şəhidlərinin valideynləri, ailə üzvləri və qazilər iştirak ediblər.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov tələbələrin vətənpərvərlik ruhda tərbiyə olunmasında ali məktəblərdə belə tədbirlərin təşkilinin vacibliyini qeyd edib.

Aprel şəhidlərinin valideynləri və ailə üzvləri çıxışlarında ədbirin təşkilinə və onlara olan diqqətə görə universitet rəhbərliyinə və tələbələrə təşəkkür ediblər. Qazilər isə döyüşlərin canlı şahidi kimi Azərbaycan ordusunun qüdrətindən, ordunun ruh yüksəkliyindən və azad edilən strateji ərazilərin ordumuza qazandırdığı imkanları tələbələrin diqqətinə çatdırıblar.

Daha sonra hərbi vətənpərvərlik mahnıları səsləndirilib.

Qeyd edək ki, “Vətənpərvərlik” klubunun üzvləri Sumqayıt Şəhidlər Xiyabanını və 20 yaşlı şəhidimiz Şulan Bayramovun Sumqayıtda yaşayan ailəsini ziyarət ediblər.