BMU-da “Bilik günü” qeyd olunub

BMU-da “Bilik günü” qeyd olunub
Oxunma sayı: 1024

Bakı Mühəndislik Universitetində 2019-2020-ci tədris ilinin başlaması münasibəti ilə açılış tədbiri keçirilib. 

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə universitetin professor-müəllim heyəti, valideynlər və tələbələrlə yanaşı Abşeron rayon İcra Hakimiyyətinin başcısı İradə Gülməmmədova, Millət vəkili, Milli Məclisin Elm və təhsil komissiyasının üzvü Sona Əliyeva və Layihə-Axtarış Energetika İnstitutunun direktoru, akademik Arif Həşimov iştirak edib.

Universitetin rektoru, professor Havar Məmmədov professor-müəllim heyəti adından tədbir iştirakçılarını salamlayıb və tələbə adını qazananları təbrik edib.

Rektor bildirib ki, BMU Azərbaycanın ali məktəbləri arasında öz dəsti xətti olan bir təhsil ocağıdır. Qeyd edib ki, təhsilin bakalavr və magistr səviyyələrinə qəbul yüksək səviyyədə olub. Belə ki, 2019-2020-ci tədris ili üzrə 212 nəfər magistr, 1028 nəfər isə bakalavr ixtisaslarını seçib. Bakalavr səviyyəsi üzrə 132 nəfər 500-600 bal arası, 42 nəfər 600-dən çox bal toplayıb. Bakalavriat səviyyəsinə qəbul olanlardan 489 nəfəri dövlət sifarişlidir.

Daha sonra çıxış edən Abşeron rayon İcra Hakimiyyətinin başcısı İradə Gülməmmədova “Bilik günü” münasibəti ilə universitetin müəllim və tələbə heyətini təbrik edib, eləcə də Abşeron rayonunda təhsil sahəsində görülən işlərdən və yeni tikilən təhsil ocaqları barədə ətraflı məlumat verib.

Millət vəkili, MM-sin Elm və təhsil komissiyasının üzvü Sona  Əliyeva və Layihə-Axtarış Energetika İnstitutunun direktoru, akademik Arif Həşimov çıxış edərək gənclərin layiqli vətəndaş kimi yetişməsində universitetin rolundan danışıblar. 

Sonda yüksək bal toplayaraq Bakı Mühəndislik Universitetinə qəbul olan tələbələrə hədiyyələr və tələbə biletləri təqdim olunub.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi