BMU-da Heydər Əliyevin anım tədbiri keçirilib

bmu-da-heyder-eliyevin-anim-tedbiri-kecirilib
Oxunma sayı: 794

Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan qısametrajlı film nümayiş etdirilib.

Tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov vurğulayıb ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Rektor həmin dövrün, eyni zamanda Azərbaycan təhsilinin sürətli yüksəliş illəri kimi tarixi yaddaşımıza daxil olduğunu diqqətə çatdırıb. Bu dövrdə 15 mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilib, ölkəmizin gələcəyi üçün güclü kadr potensialı formalaşdırılıb. Həmçinin, bütün pillələrdən olan təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib.

H.Məmmədov Azərbaycan xalqının israrlı tələblərindən sonra ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndərin ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdiyini vurğulayıb. Rektor bildirib ki, Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb, ölkəmizi bütün sahələrdə gələcəyə aparan yolları müəyyən edib. Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət qurulub.

Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə ulu öndər Heydər Əliyevin təkcə Azərbaycan xalqının deyil, ümumilikdə bəşəriyyət tarixində böyük rol oynamış şəxsiyyət olduğunu diqqətə çatdırıb.

Daha sonra tədbir digər çıxışlarla davam edib.