BMU-da Müstəqillik Gününə həsr olunmuş bayram tədbiri keçirildi - Fotolar

bmu-da-musteqillik-gunune-hesr-olunmus-bayram-tedbiri-kecirildi
Oxunma sayı: 948

Bakı Mühəndislik Universitetində (BMU) 28 May - Müstəqillik Günü münasibətilə “Yurdum, yuvam, məskənimsən!” adlı bayram tədbiri təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə bayram münasibətilə təbriklərini çatdıran BMU-nun rektoru, professor Havar Məmmədov müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına böyük təsir edən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixinə və 23 ay mövcud olmuş Cümhuriyyətin gördüyü böyük işlərə diqqət çəkib.

Dövlət müstəqilliyimizin yenidən bərpasından sonra ilk illərdə yaşanan siyasi prosesləri nəzərə çatdıran rektor Azərbaycanın müstəqilliyinin qorunmasında və əbədiləşdirilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb. Ümummilli liderin dövlətçilik, güclü Azərbaycan konsepsiyasını layiqincə gerçəkləşdirən Prezident İlham Əliyevin siyasi iradəsi ilə vətənimizin bütün sahələrdə uğurlara imza atdığını, ərazi bütövlüyümüzün təmin olunduğunu bildirən Havar Məmmədov ölkəmizin Müstəqillik Gününü qalib və qürurlu xalq kimi qeyd etdiyini deyib.

Sonra universitetin sosial sosial-ictimai həyatında fərqlənən tələbələrin mükafatlandırılma mərasimi keçirilib. Tələbələrə fəxri fərman və hədiyyələri təqdim edən rektor onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.