Bakı Mühəndislik Universitetində 28 May Respublika günü ilə əlaqədar olaraq “Mənim Azərbaycanım” adlı bilik və yaradıcılıq sərgisi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə universitetin kollektivi ilə yanaşı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ), Sumqayıt şəhər və Abşeron rayon Təhsil şöbələrinin nümayəndələri və məktəb direktorları iştirak ediblər.
Universitetin rektoru, professor Havar Məmmədov qeyd edib ki, təhsilə olan dövlət qayğısı nəticəsində tələbə və şagirdlər bilik və bacarıqlarını reallaşdıra bilirlər. Daha sonra Havar Məmmədov universitet-məktəb əlaqələrinin vacibliyindən və əhəmiyyətindən danışıb, keçirilən sərginin buna nümunə olduğunu diqqətə çatdırıb.
Bakı, Abşeron və Sumqayıt məktəbliləri üçün nəzərdə tutulan tədbirdə şagirdlər universitetin tədris imkanları, maddi-texniki bazası və təhsil alan tələbələrin elmi, yaradıcılıq və sosial fəaliyyətlərini əks etdirən işlərlə tanış olublar.
Qeyd edək ki, orta məktəblərlə yanaşı Akademik Zərifə Əliyeva adına liseyin, Zirvə liseyinin, Bakı Avropa liseyinin, Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyasının, Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyinin və Sumqayıt şəhər Təfəkkür liseyinin şagirdləri də iştirak edib. Ziyarətçilərin əksəriyyətinin abituriyent olduğunu nəzərə alaraq universitetdə “Açıq qapı günü” də keçirilib. Onlara universitet, ixtisaslar və təhsil prosesi barədə ətraflı məlumat verilib.
Sərgi ziyarətçilərinə BMU-nun Memarlıq və İnşaat, Kompyuter kimya mühəndisliyi, kimya, biologiya, fizika, riyaziyyat və informatika müəllimliyi ixtisasları, Texnopark və İKT mərkəzi tərəfindən maraqlı elmi nümunələr və nəaliyyətlər təqdim olunub. Bununla yanaşı Arzu Məmmədovanın rəhbərliyi ilə dizayn ixtisasında təhsil alan tələbələrin əl işləri, ebru rəsm sənəti sərgilənib.



Son xəbərlər
Son Xəbərlər