BMU ilə Dövlət Agentliyi arasında razılaşma imzalandı - Fotolar

bmu-ile-dovlet-agentliyi-arasinda-razilasma-imzalandi
Oxunma sayı: 1210

Bakı Mühəndislik Universiteti (BMU) ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. 

“Qafqazinfo” xəbər verir ki, niversitetdə energetika, elektronika və avtomatika yönümlü ixtisaslar üzrə mütəxəssis hazırlığında birgə əməkdaşlığı nəzərdə tutan sənədi BMU-nun rektoru, professor Havar Məmmədov və agentliyin direktoru Cavid Abdullayev imzalayıblar.

Rektor Havar Məmmədov bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən islahatlar prosesinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb, son illər bu istiqamətdə həyata keçirilən genişmiqyaslı işlərə toxunub.

Görüşdə BMU tələbələrinin agentlikdə işə cəlb olunması və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə təkliflər səsləndirilib, əməkdaşlığın səmərəli təşkili üçün ətraflı müzakirələr aparılıb.