BMU ilə Koreyanın tədqiqat mərkəzi arasında müzakirələr olub

bmu-ile-koreyanin-tedqiqat-merkezi-arasinda-muzakireler-olub
Oxunma sayı: 1035

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Cənubi Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin nümayəndələri - təlimlər qrupunun rəhbəri Eun Joo Kim, layihənin koordinatoru So Hyun Kvon və Hanbat Universitetinin professoru Yonq İn Çoi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Havar Məmmədov Azərbaycanla Koreya arasında əksər sahələrdə, o cümlədən təhsil sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb.

Beynəlxalq əməkdaşlığın inişafına xüsusi diqqət yetirildiyini fikirlərinə əlavə edən H.Məmmədov BMU-nun STEPİ ilə informasiya texnologiyaları sahəsində elmi-texniki tədqiqat, suni intellekt və elmi-tədqiqat laborotoriyasının qurulması, eyni zamanda avtomatlaşdırma, robototexnika üzrə birgə araşdırmaların aparılması üzrə əməkdaşlıq etməyə hazır olduğunu ifadə edib.

STEPİ-nin Beynəlxalq İnnovasiya Əməkdaşlıq Mərkəzinin təlimlər qrupunun rəhbəri Eun Joo Kim təmsil etdiyi qurumun əsas fəaliyyət istiqamətlərini diqqətə çatdırıb. Qeyd edib ki, STEPİ Cənubi Koreyada fəaliyyət göstərən əsas tədqiqat mərkəzidir. Azərbaycanın müvafiq elm ocaqları ilə əməkdaşlıqda məqsəd universitetlərdə innovativ sistemin qurulmasına köməklik göstərməkdir.

Görüşdə müzakirə olunan məslələrlə bağlı ilkin razılıq əldə edilib. Bundan başqa, 2020-ci ilin əvvəllərində STEPİ rəhbərliyinin Azərbaycana səfəri zamanı əməkdaşlıq istiqamətləri ilə bağlı müvafiq addımların atılması üçün birgə işin aparılması qərara alınıb.